• Bakı 29° C

    3.35 m/s

  • USD - 1.7

    EUR - 1.9425

    RUB - 2.0166

Pələng atanı oğlunun gözü qarşısında parçaladı

DÜNYA

24 Sentyabr 2026 | 10:32 | Müəllif: Günəş Mərd

Pələng atanı oğlunun gözü qarşısında parçaladı

Malayziyanın Perak əyalətində 42 yaşlı kişi pələng hücumu nəticəsində həyatını itirib.

Bakıvaxtı.az xəbər verir ki, "AsiaOne"un məlumatına görə, Zamberi Angah sentyabrın 21-də 23 yaşlı oğlu Co Zamberi ilə birlikdə cəngəlliyə bitki toplamağa gedib.

Oğlunun sözlərinə görə, atası ondan bir qədər öndə gedərkən pələng qəfil ona hücum edib. “Atamın qışqırığını eşitdim. Mən də geri dönüb qışqırdım. Pələng atamı kolluğa sürükləyirdi”, – deyə o bildirib.

Gənc oğlan qorxaraq kömək çağırmaq üçün kəndə qaçıb. Həmin axşam polis, könüllülər və yerli sakinlərin iştirakı ilə axtarışlara başlanılıb.

Bir müddət sonra Angahın meyiti bambuk kolluğunda aşkarlanıb. Bildirilir ki, yırtıcı onu təxminən 200 metr meşənin içərisinə sürükləyib.

Murad İsmayıl


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

23 Sentyabr 2026