• Bakı 23° C

    8.61 m/s

  • USD - 1.7

    EUR - 1.9353

    RUB - 2.0073

Əbədi olaraq İsrailin nəzarətində qalacaq - Kats

DÜNYA

24 Sentyabr 2026 | 00:59 | Müəllif: Subhan Mahmudov

Əbədi olaraq İsrailin nəzarətində qalacaq - Kats

İsrail hərbçiləri hələlik Suriyanın cənubundakı bufer zonadan çıxmağı planlaşdırmır.

Bakıvaxtı.az The Times of Israel"ə istinadən xəbər verir ki, bunu İsrailin müdafiə naziri İsrael Kats bildirib.

Katsın sözlərinə görə, İsrail sərhəddə və ölkə vətəndaşları üçün cihadçı təhlükəsi qalmaqda davam etdiyi müddətdə Hermon dağında və təhlükəsizlik zonasında hərbi mövcudluğunu qoruyub saxlayacaq.

Nazir İsrailin nəzarətində olan Qolan yüksəkliklərinin "İsrailin ayrılmaz hissəsi" olduğunu bildirib.

Kats həmçinin xəbərdarlıq edib ki, Suriyadan İsrail ərazisinə zərbələr endiriləcəyi təqdirdə, İsrailin bu dəfə nəzarətə götürəcəyi istənilən ərazi hərbi qanunlara əsasən "əbədi olaraq İsrailin nəzarətində qalacaq".

Bundan əvvəl Suriya Prezidenti Əhməd Əhməd Əl Şaraa Dəməşqin Qolan yüksəkliklərinə dair iddialarından imtina etməyəcəyini bildirib.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

24 Sentyabr 2026