• Bakı 28° C

    3.35 m/s

  • USD - 1.7

    EUR - 1.9425

    RUB - 2.0166

Pakistan ordusu Əfqanıstana zərbə endirib

DÜNYA

24 Sentyabr 2026 | 08:46 | Müəllif: Günəş Mərd

Pakistan ordusu Əfqanıstana zərbə endirib

Pakistan Silahlı Qüvvələri Əfqanıstanın cənubunda yerləşən Qəndəhar şəhərinə zərbələr endirib.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə Əfqanıstan mediası məlumat yayıb.

Qeyd olunub ki, zərbələr şəhərin doqquzuncu rayonunun yaxınlığındakı əraziyə endirilib.

Əfqanıstan hökumətinin sözçüsü Zəbihullah Mücahid telekanala açıqlamasında hücum nəticəsində hər hansı zərərin qeydə alınmadığını bildirib.

Daha sonra Pakistanın informasiya naziri Attaullah Tarar bildirib ki, hücumlar Əfqanıstan tərəfinin hava məkanının pozulmasına cavab olaraq həyata keçirilib:

"Zərbələr məqsədyönlü, dəqiq və ölçülü olub, yalnız Pakistana hücum cəhdləri ilə birbaşa əlaqəli olduğu müəyyən edilmiş hərbi obyektlərlə məhdudlaşıb".


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

23 Sentyabr 2026