• Bakı 25° C

    1.27 m/s

  • USD - 1.7

    EUR - 1.9425

    RUB - 2.0166

Əhaliyə 7 milyard manat ödənilib

İQTİSADİYYAT

24 Sentyabr 2026 | 11:16 | Müəllif: Əli Hüseynov

Əhaliyə 7 milyard manat ödənilib

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (ƏƏSMN) tabeliyindəki Dövlət Sosial Müdafiə Fondu tərəfindən bu ilin yanvar-avqust aylarında pensiya, müavinət, təqaüd və ünvanlı dövlət sosial yardımı üzrə əhaliyə 7 milyard manat vəsait ödənilib.

Bakıvaxtı.az xəbər verir ki, bununla bağlı ƏƏSMN məlumat yayıb.

O cümlədən, 8 ayda pensiyalar üzrə 5 milyard 222 milyon manat, müavinətlər üzrə 961 milyon manat, təqaüdlər üzrə 542 milyon manat, ünvanlı dövlət sosial yardımı üzrə 270 milyon manat vəsait ödənişi həyata keçirilib.

Bu ilin yanvar-avqust aylarında pensiya, müavinət, təqaüd və ünvanlı dövlət sosial yardımı üzrə ödənilən vəsait ötən ilin müvafiq dövrünə nisbətən 633 milyon manat (10 faiz) çox olub.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

23 Sentyabr 2026