“Azərbaycan Hava Yolları” (AZAL) ənənəsinə uyğun olaraq, “Boeing 787 Dreamliner” təyyarəsinin simulyator təcrübəsini ictimaiyyətə təqdim edir.
Bakıvaxtı.az xəbər verir ki, hazırda Bakıda yerləşən “JW Marriott Absheron Baku Hotel”də keçirilən tədbirdə iştirakçılar “Boeing 787 Dreamliner” simulyatorunda pilot kreslosunda əyləşərək təyyarənin idarə olunmasını virtual şəraitdə şəxsən təcrübədən keçirirlər.
Tədbir çərçivəsində media nümayəndələri və digər iştirakçılar simulyator vasitəsilə “Boeing 787 Dreamliner”in idarə olunması ilə bağlı praktiki təcrübə əldə etmək imkanı qazanırlar.
















