• Bakı 27° C

    1.55 m/s

  • USD - 1.7

    EUR - 1.9425

    RUB - 2.0166

Azərbaycan Dominikandan siqar idxalını 10 dəfə artırıb

CƏMİYYƏT

24 Sentyabr 2026 | 13:01 | Müəllif: Əli Hüseynov

Azərbaycan Dominikandan siqar idxalını 10 dəfə artırıb

Bu ilin yanvar-iyul aylarında Azərbaycan 745 min ABŞ dolları dəyərində 2,02 milyon ədəd siqar (tərkibində tütün olan, ucları kəsilmiş və nazik) idxal edib.

Bakıvaxtı.az-ın Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalara əsasən, bu, 2025-ci ilin eyni dövrünün göstəricisindən dəyər ifadəsində 46 % çox, kəmiyyət olaraq – 49 % azdır.

Hesabat dövründə Azərbaycan Almaniyadan 210 min ABŞ dolları dəyərində (1 il əvvəlki göstəricidən 35 % çox) 1,17 milyon ədəd (+26 %), Kubadan 190 min ABŞ dolları dəyərində (-18 %) 0,01 milyon ədəd (-50 %), Dominikandan 128 min ABŞ dolları dəyərində (+7 dəfə) 0,1 milyon ədəd (+10 dəfə), Nikaraquadan 85,5 min ABŞ dolları dəyərində (+11 dəfə) 0,04 milyon ədəd (+4 dəfə), Hondurasdan 65,4 min ABŞ dolları dəyərində (+22 dəfə) 0,01 milyon ədəd (-98 %) siqar alıb.

2025-ci ildə Azərbaycana idxal edilmiş 1,51 milyon ABŞ dollarlıq siqarın 32,4 %-i Kubanın, 27,2 %-i İtaliyanın, 20 %-i Almaniyanın payına düşüb.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

23 Sentyabr 2026