Kriştiano Ronaldo Portuqaliya milli komandasından getməyə hazırdır.
Bakıvaxtı.az xəbər verir ki, bu barədə o, mətbuat konfransında bildirib.
"Əgər Portuqaliyanın mənə ehtiyacı yoxdursa, bu gün getməyə hazıram. Bu, mənim üçün problem deyil. Amma hələlik milli komanda mənə güvənir. Portuqaliya xalqı da mənə güvənir. Buna görə də milli komandada oynamağa davam edirəm", - deyə Ronaldo qeyd edib.
Ronaldo yeni mövsümün onun üçün sonuncu ola biləcəyini deyib.
















