• Bakı 20° C

    5.87 m/s

  • USD - 1.7

    EUR - 1.9353

    RUB - 2.0073

Milyarder Yeni ili həbsdə qarşılayacaq

DÜNYA

24 Sentyabr 2026 | 09:33 | Müəllif: Əli Hüseynov

Milyarder Yeni ili həbsdə qarşılayacaq

Moskvanın Meşçanski Məhkəməsi "EFKO Group"un təsisçisi, milyarder Valeri Kustovun məhkəməyəqədər həbs müddətini uzadıb.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə "RİA Novosti" məlumat yayıb.

O, daha dörd ay – 29 yanvar tarixinə qədər istintaq təcridxanasında qalacaq.

İş üzrə digər təqsirləndirilən şəxslər, o cümlədən "EFKO"nun baş direktoru Yevgeni Lyaşenko, şirkət rəhbərləri Vladislav Romantsev və Yekaterina Kustova, həmçinin Rusiya Sənaye və Ticarət Nazirliyinin Pilotsuz Sistemlər və Robototexnika Departamentinin rəis müavini Alla Polovçenya da həbsdə qalırlar.

Onlar "Pilotsuz Aviasiya Sistemləri" milli layihəsi çərçivəsində pilotsuz uçuş aparatlarının (PUA) hazırlanması layihəsi zamanı vəsaitlərin mənimsənilməsi ilə bağlı işdə təqsirləndirilirlər. İstintaqın məlumatına görə, "EFKO"nun həbs edilən rəhbərləri Çin istehsalı olan dronları Rusiya Müdafiə Nazirliyinə 566,6 faiz əlavə qiymətlə satıblar.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR