• Bakı 23° C

    8.61 m/s

  • USD - 1.7

    EUR - 1.9353

    RUB - 2.0073

Zelenskidən etiraf: Səhvə yol vermişəm!

DÜNYA

24 Sentyabr 2026 | 01:00 | Müəllif: Subhan Mahmudov

Zelenskidən etiraf: Səhvə yol vermişəm!

Ukrayna Prezidenti Vladimir Zelenski “Vol Strit Jurnal” qəzetinin müxbiri ilə söhbəti zamanı müharibə şəraitində ölkəyə təxminən beş il rəhbərlik etməsinin sağlamlığına mənfi təsir göstərdiyini bildirib.

Bakıvaxtı.az xəbər verir ki, Zelenski gündəlik iş qrafikinin son dərəcə gərgin olduğunu deyib. O, yüzlərlə mürəkkəb və həssas məsələlərlə bağlı qərarlar qəbul etməyin, eləcə də müxtəlif razılaşmalar üzərində işləməyin ciddi yük yaratdığını qeyd edib.

Prezidentin sözlərinə görə, bu qədər intensiv iş rejimi onun bir sıra səhvlərə yol verməsinə səbəb olub.

Sülh danışıqlarının perspektivlərinə toxunan Zelenski gələcək diplomatik prosesin asan olmayacağını və ciddi səylər tələb edəcəyini bildirib.

Ukrayna lideri həmçinin ABŞ Prezidenti Donald Trampla “qış paketi” məsələsini müzakirə etdiyini və enerji infrastrukturuna qarşı hücumların dayandırılmasını nəzərdə tutan “enerji atəşkəsi” təşəbbüsünü dəstəklədiyini vurğulayıb./Globalinfo


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

24 Sentyabr 2026