Xəbər verdiyimiz kimi, Xalq artisti Zeynəb Xanlarovanın Türkiyədə əməliyyat olunduğu barədə mətbuatda və sosial şəbəkələrdə məlumat yayılıb.
Bakıvaxtı.az xəbər ki, stilist Rəşad Əliyev Xalq artistinin fotosunu "Instagram" hesabında paylaşaraq onun hazırda İtaliyada istirahət etdiyini açıqlayıb.
O sözügedən xəbərlərin həqiqəti əks etdirmədiyini bildirib:
“Xalq artisti Zeynəb Xanlarova haqqında yazılan "əməliyyat olunub" xəbəri tamamilə yalan və böhtandır! Zeynəb xanım İtaliyadadır və səhhəti əla vəziyyətdədir.
Sizin bu yalanınız minlərlə insanı narahat etdi”.
Qeyd edək ki, Zeynəb Xanlarovanın Türkiyədə əməliyyat olunduğu barədə yayılan məlumatla bağlı Xalq artistinin özündən hər hansı açıqlama verilməyib.
















