“Azərbaycan bir sıra əsas iqtisadi göstəricilər üzrə regionda ilk pillədə qərarlaşıb”.
Bakıvaxtı.az xəbər verir ki, bunu “The European House – Ambrosetti” və TEHA Qrupunun idarəedici tərəfdaşı və baş direktoru Valerio De Molli Azərbaycan Beynəlxalq İnvestisiya Forumu çərçivəsində çıxışı zamanı deyib.
O bildirib ki, Qlobal Cəlbedicilik İndeksi çərçivəsində Azərbaycanın göstəriciləri müxtəlif istiqamətlər üzrə təhlil edilib.
Təqdimata əsasən, Azərbaycan qlobal elmi nəşrlərdə payın dinamikası, birbaşa xarici investisiya axınının dinamikası, kommersiya mənfəətlərinin ümumi vergi dərəcəsinin dinamikası, enerji balansı, borc/ÜDM nisbəti, əmək qabiliyyətli əhalinin payı üzrə 20 illik proqnoz və ümumi faktor məhsuldarlığının dinamikası göstəricilərində regional səviyyədə 1-ci yerdə qərarlaşıb.
Belə ki, qlobal elmi nəşrlərdə payın dinamikasına görə Azərbaycan həm qlobal, həm də regional sıralamada 1-ci olub.
Birbaşa xarici investisiya axınının dinamikasında ölkə qlobal səviyyədə 6-cı, regional səviyyədə isə 1-ci yeri tutub. Kommersiya mənfəətlərinin ümumi vergi dərəcəsinin dinamikasında da Azərbaycan qlobal sıralamada 6-cı, regional sıralamada 1-ci olub.
Enerji balansına görə Azərbaycan qlobal səviyyədə 4-cü, regionda isə 1-ci sırada qərarlaşıb. Borc/ÜDM nisbəti üzrə ölkə qlobal səviyyədə 8-ci, regional səviyyədə 1-ci yerdədir.
Əmək qabiliyyətli əhalinin payının 20 illik proqnozuna görə Azərbaycan qlobal sıralamada 29-cu, regional sıralamada isə 1-ci olub.
Ümumi faktor məhsuldarlığının 5 illik hərəkətli ortalamasında Azərbaycan qlobal səviyyədə 13-cü, regional səviyyədə 4-cü yerdə qərarlaşıb. Ümumi faktor məhsuldarlığının dinamikasına görə isə ölkə qlobal səviyyədə 8-ci, regional səviyyədə 1-ci olub.
Dünya göstəriciləri ilə müqayisədə ali məktəb məzunlarının payına görə Azərbaycan qlobal sıralamada 10-cu, regional sıralamada isə 2-ci yeri tutub.
Zeynəb Rzayeva
















