“Ermənistan və Azərbaycan arasında dövlət sərhədinin demarkasiyası və delimitasiyası üzrə işlər yaxın zamanlarda bərpa olunacaq”.
Bakıvaxtı.az xəbər verir ki, bu barədə Ermənistanın Baş nazirinin müavini Mher Qriqoryan “News.am” portalına müsahibəsində bildirib.
O, işlərin dəqiq nə vaxt və hansı ərazidən başlayacağını açıqlamasa da, Bakı və İrəvan arasında bu istiqamətdə əməkdaşlığın davam etdiriləcəyini vurğulayıb:
“Biz müvafiq əsasnaməni (reqlamenti) təsdiqləmişik və işlər həmin qaydalara uyğun olaraq davam etdiriləcək. Prosesin detalları barədə mütləq rəsmi məlumat veriləcək. Ermənistan tərəfi regionda vəziyyətin stabilləşməsinə və uzunmüddətli sülhün bərqərar olunmasına sadiqdir”.
















