• Bakı 24° C

    4.68 m/s

  • USD - 1.7

    EUR - 1.9425

    RUB - 2.0166

İş yerini qarşılıqlı dəyişmək istəyən müəllimlərin NƏZƏRİNƏ

CƏMİYYƏT

24 Sentyabr 2026 | 22:23 | Müəllif: Subhan Mahmudov

İş yerini qarşılıqlı dəyişmək istəyən müəllimlərin NƏZƏRİNƏ

Müəllimlərin iş yerinin qarşılıqlı dəyişdirilməsi prosesinin sənəd yoxlanışı mərhələsinə başlanılır.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyi məlumat yayıb.

Məlumata görə, iş yerini qarşılıqlı dəyişdirmək üçün müraciətini təsdiqləmiş müəllimlərin şəxsi səhifələrinə sənədlərin yoxlanılacağı məkan, tarix və saat barədə məlumatlar göndərilib.

Qeyd edək ki, 28-29 sentyabr tarixlərində təşkil olunacaq prosesdə sənədlərin yoxlanılması mərhələsində 288 nəfər müəllimin iştirakı nəzərdə tutulur.

Müəllimlər şəxsi səhifələrinə daxil olaraq sənədlərin yoxlanılması mərhələsi ilə bağlı məlumatlarla tanış ola bilərlər.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR