• Bakı 24° C

    5.99 m/s

  • USD - 1.7

    EUR - 1.9425

    RUB - 2.0166

Napoleon ordusunu məhv edən xəstəlik ABŞ-də yayılmağa başladı

DÜNYA

24 Sentyabr 2026 | 17:41 | Müəllif: Əli Hüseynov

Napoleon ordusunu məhv edən xəstəlik ABŞ-də yayılmağa başladı

ABŞ-nin Los-Anceles şəhərində birələrin yaydığı tif xəstəliyinin yayılması fonunda altı nəfər xəstəxanaya yerləşdirilib.

Bakıvaxtı.az-ın xəbərinə görə, bu barədə "Fox11" telekanalı sanitariya orqanlarına istinadən məlumat verib.

"Los-Ancelesin Uilşir-Senter rayonunda yeddi nəfərin xəstələnməsi və altı nəfərin xəstəxanaya yerləşdirilməsindən sonra birələrin yaydığı tif xəstəliyinin yeni epidemiyası araşdırılır", - deyə jurnalistlər bildiriblər.

Telekanal qeyd edir ki, tif xəstəliyinə yoluxmanın artması Los-Ancelesdə bu bakterial infeksiyanı yaymaq qabiliyyətinə malik olan siçovulların sayının artması ilə üst-üstə düşüb.

Cənubi Kaliforniya Universitetinin Tibb məktəbinin infeksiyalar üzrə mütəxəssisi Ceffri Klausner bildirib ki, evsizlər üçün sığınacaqlar yoluxma üçün xüsusi təhlükə yaradır, eləcə də bəzi heyvanlar, məsələn, küçə pişikləri ilə təmas da infeksiya riski yaradır.

Xatırladaq ki, tədqiqatçıların araşdırmalarına görə, Napoleon ordusu məhz tif xəstəliyindən məhv olurmuş.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR