• Bakı 26° C

    3.37 m/s

  • USD - 1.7

    EUR - 1.9425

    RUB - 2.0166

Vilayət Eyvazov xarici ölkələrə ezam olunan kursantlarla görüşdü - Fotolar

SİYASƏT

24 Sentyabr 2026 | 16:46 | Müəllif: Əli Hüseynov

Vilayət Eyvazov xarici ölkələrə ezam olunan kursantlarla görüşdü - Fotolar

Sentyabrın 24-də daxili işlər naziri general-polkovnik Vilayət Eyvazov beynəlxalq əməkdaşlıq çərçivəsində xarici dövlətlərin Polis Akademiyalarında hüquq təhsili almaq üçün ezam olunan kursantları qəbul edib.

Bakıvaxtı.az xəbər verir ki, nazir həyatlarında ən əlamətdar günlərdən biri - polis kursantı adına layiq görülmələri münasibətilə gəncləri təbrik edib, uğurlar arzulayıb.

Ölkə rəhbərliyinin gənclərə hər zaman böyük diqqət və qayğı göstərdiyini xatırladan nazir yüksək mənəviyyatlı, işgüzar və istedadlı gənclərin ölkəmizin ictimai həyatında təmsil olunmaları, onların dövlət idarəçiliyində xidmətdə irəli çəkilmələri üçün zəruri addımların atıldığını diqqətə çatdırıb.

Kursantlara Vətənimizin, eləcə də Azərbaycan Polisinin adını daim uca tutmağı, eyni zamanda, bilik və təcrübələrini, peşəkar və fiziki hazırlıq səviyyələrini artırmalarını, daim öz üzərlərində işləmələrini, ən müasir informasiya texnologiyalarına yiyələnmələrini tövsiyə edilib.


Vilayət Eyvazov xarici ölkələrə ezam olunan kursantlarla görüşdü - FotolarVilayət Eyvazov xarici ölkələrə ezam olunan kursantlarla görüşdü - FotolarVilayət Eyvazov xarici ölkələrə ezam olunan kursantlarla görüşdü - Fotolar
Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR