• Bakı 25° C

    3.01 m/s

  • USD - 1.7

    EUR - 1.9425

    RUB - 2.0166

Baş nazir: Hazırda ölkəmizin strateji valyuta ehtiyatları təxminən 91 mlrd. dollar təşkil edir

SİYASƏT

24 Sentyabr 2026 | 15:27 | Müəllif: Əli Hüseynov

Baş nazir: Hazırda ölkəmizin strateji valyuta ehtiyatları təxminən 91 mlrd. dollar təşkil edir

Hazırda ölkəmizin strateji valyuta ehtiyatları təxminən 91 mlrd. $ təşkil edir.

Bakıvaxtı.az xəbər verir ki, bunu Baş nazir Əli Əsədov Nazirlər Kabinetində “2027-ci il dövlət və icmal büdcə layihələri və növbəti üç il üçün icmal büdcənin göstəriciləri, sosial-iqtisadi inkişaf proqnozları”nın müzakirəsində deyib.

    Baş nazir bildirib ki, bu göstərici xarici dövlət borcunu 20 dəfəyə yaxın üstələyir: “Birbaşa xarici dövlət borcumuzun səviyyəsi 1 sentyabr tarixinə 4,5 mlrd. $ olmaqla proqnoz ÜDM-in 5,6%-ni təşkil edir. 2026-cı ilin 8 ayında xarici ticarət balansının müsbət saldosu 10 mlrd. $-dan çox olub.

    2026-cı ilin 8 ayında illik inflyasiya 5,7% olmuşdur. Beynəlxalq təşkilatların ərzaq və əmtəə qiymətləri ilə bağlı proqnozları, manatın məzənnəsinin sabitliyi və valyuta bazarının tarazlığı nəzərə alınmaqla növbəti ildə orta illik inflyasiyanın 5,3%-ə düşəcəyi və hədəf diapazonunda olacağı proqnozlaşdırılır".


    Batıgöz reklamMedia İnkişaf

    SON XƏBƏRLƏR