• Bakı 26° C

    3.37 m/s

  • USD - 1.7

    EUR - 1.9425

    RUB - 2.0166

“Birliyin Gücü-2026”: Şərti terrorçuların sığınacaqları məhv edildi - VİDEO

SİYASƏT

24 Sentyabr 2026 | 15:46 | Müəllif: Əli Hüseynov

“Birliyin Gücü-2026”: Şərti terrorçuların sığınacaqları məhv edildi - VİDEO

Azərbaycan Respublikasında keçirilən “Birliyin Gücü – 2026” birgə hərbi təlimində məşqlər uğurla davam edir.

Müdafiə Nazirliyindən Bakıvaxtı.az-a verilən xəbərə görə, müvafiq plana uyğun olaraq, iştirakçı ölkələrin hərbi qulluqçuları müxtəlif təlim-döyüş ssenariləri üzrə praktiki tapşırıqları icra edirlər.

    Təlimə cəlb edilən artilleriya bölmələri tərəfindən icra olunan dəqiq atəş zərbələri ilə terrorçuların dayaq məntəqələri, sığınacaqları və əsas hərbi hədəfləri tam məhv edilib.

    “Birliyin Gücü – 2026” birgə hərbi təliminin hazırlıq mərhələsində ordumuzun hərbi qulluqçuları Türkiyə və Özbəkistandan olan şəxsi heyətlə birlikdə qarşıya qoyulan tapşırıqların icrası zamanı peşəkarlıq və yüksək döyüş hazırlığı nümayiş etdirirlər.


    Batıgöz reklamMedia İnkişaf

    SON XƏBƏRLƏR