Niderlandda Qərbi Nil virusuna yoluxma hallarının sayı 44-ə çatıb, 5 ölüm hadisəsi qeydə alınıb.
Bakıvaxtı.az "Belta"ya istinadən xəbər verir ki, bu barədə Hart van Nederland portalının Kral İctimai Səhiyyə və Ətraf Mühit İnstitutu (RIVM) məlumat yayıb.
Qeyd olunub ki, son bir həftə ərzində Niderlandda Qərbi Nil virusuna yoluxma ilə bağlı 16 yeni hadisə qeydə alınıb. Bütün hallar yoluxmuş ağcaqanadların dişləməsi nəticəsində yayılıb.
Ən çox hal Cənubi Hollandiya əyalətində aşkarlanıb və 23 nəfər xəstələnib.
Gülşən Şərif
















