• Bakı 25° C

    3.01 m/s

  • USD - 1.7

    EUR - 1.9425

    RUB - 2.0166

Narkoəməliyyatlarda 6 nəfər tutuldu

SİYASƏT

24 Sentyabr 2026 | 15:21 | Müəllif: Əli Hüseynov

Narkoəməliyyatlarda 6 nəfər tutuldu

Daxili İşlər Nazirliyi Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları tərəfindən narkotik vasitələrin qanunsuz dövriyyəsinin qarşısının alınması istiqamətində əməliyyatlar davam etdirilir.

DİN-dən Bakıvaxtı.az-a verilən xəbərə görə, paytaxt ərazisində, eləcə də Abşeron, Hacıqabul, Cəlilabad və Füzuli rayonlarında keçirilən tədbirlərlə əvvəllər müxtəlif cinayət əməllərinə görə məhkum olunmuş V.Ağayev, H.Məmmədov, Z.Əliyev, Ə.Həsənov, A.Zeynalov və E.Bağırov saxlanılıblar. Onlardan ümumilikdə 132 kiloqram narkotik vasitə və 6080 ədəd narkotik tərkibli həb aşkarlanıb. Araşdırmalarla saxlanılan şəxslərin xaricdə yaşayan narkotacirlərin tapşırıqları əsasında qaçaqmalçılıq yolu ilə ölkə ərazisinə gətirilən narkotiklərin qanunsuz dövriyyəsini təşkil etdikləri müəyyən olunub.

    Faktlarla bağlı cinayət işləri başlanılıb. Saxlanılan şəxslər barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.


    Batıgöz reklamMedia İnkişaf

    SON XƏBƏRLƏR