• Bakı 20° C

    5.87 m/s

  • USD - 1.7

    EUR - 1.9353

    RUB - 2.0073

“AzərEnerji” təmas xətti olmuş ərazilərdə 3 minə yaxın ağac əkdi

CƏMİYYƏT

24 Sentyabr 2026 | 15:32 | Müəllif: Əli Hüseynov

“AzərEnerji” təmas xətti olmuş ərazilərdə 3 minə yaxın ağac əkdi

27 Sentyabr – Anım Günü münasibətilə “AzərEnerji” ASC tərəfindən ağacəkmə aksiyası keçirilib.

Bakıvaxtı.az xəbər verir ki, aksiya 44 günlük Vətən müharibəsinin başladığı və ilk şəhidlərin verildiyi Cəbrayıl rayonunda, eləcə də vaxtilə təmas xətti sayılan digər rayonlarda müharibədən sonra inşa edilərək istifadəyə verilmiş bəzi yarımstansiyaların ərazilərində təşkil olunub.

“Şəhidlərimizin xatirəsini yaşatmaq, gələcəyə yaşıl dünya buraxmaq üçün hərəyə bir ağac əkək!” devizi ilə keçirilən aksiyanın əsas məqsədi Vətən uğrunda canından keçən şəhidlərin xatirəsini yad etmək, eyni zamanda ətraf mühitin qorunmasına və yaşıllıqların artırılmasına töhfə vermək olub.

Aksiyanın əsas hissəsi Cəbrayıl rayonunda yerləşən və bu ilin may ayında istismara verilən 330 kilovoltluq “Şəfəq” yarımstansiyasının ərazisində keçirilib.

Vaxtilə döyüşlərin getdiyi ərazilərdə bu gün müasir enerji infrastrukturunun qurulması ilə yanaşı yeni yaşıllıqların salınması bölgədə həyatın və təbiətin bərpasının simvolu kimi qiymətləndirilir.

Aksiya çərçivəsində 44 günlük Vətən müharibəsində şəhid olan qəhrəmanların sayına uyğun olaraq ümumilikdə 3 minə yaxın ağac əkilib.

Qeyd olunub ki, əkilən hər bir ağac şəhidlərin əziz xatirəsinin yaşadılmasına və gələcək nəsillərə daha yaşıl, sağlam mühitin ötürülməsinə xidmət edir.


“AzərEnerji” təmas xətti olmuş ərazilərdə 3 minə yaxın ağac əkdi“AzərEnerji” təmas xətti olmuş ərazilərdə 3 minə yaxın ağac əkdi
Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR