• Bakı 22° C

    6.67 m/s

  • USD - 1.7

    EUR - 1.9353

    RUB - 2.0073

Böyük Britaniyadan ukraynalı qaçqınlara qarşı SƏRT TƏDBİR

DÜNYA

25 Sentyabr 2026 | 13:52 | Müəllif: Gülşən Şərif

Böyük Britaniyadan ukraynalı qaçqınlara qarşı SƏRT TƏDBİR

Britaniya hökuməti Ukraynadan gələn miqrantları qəbul edən təşkilatlara ödənişləri  70%-dən çox azaldacaq. 

Bakıvaxtı.az "The Guardian" qəzetinə istinadən xəbər verir ki, ukraynalı qaçqınlar Britaniya hökumətinin "Ukrayna üçün Evlər" proqramı çərçivəsində mənzil təmin edən təşkilatlara üz tuturlar. 

Britaniya hökumətinin yeni qərarına əsasən, 1 yanvar 2027-ci il tarixindən etibarən aylıq kompensasiya ("təşəkkür ödənişi") 463 dollardan 132,6 dollara endiriləcək. Həmçinin Ukraynadan yeni gələn hər bir miqrant üçün maliyyələşdirmə 7800 dollardan 4300 dollara endiriləcək. 

Ukraynalı qaçqınlar Britaniya hökumətinin "Ukrayna üçün Evlər" proqramı çərçivəsində mənzil təmin edən təşkilatlara maliyyələşdirməni 70%-dən çox azaltdıqdan sonra evsiz qala biləcəklərindən qorxurlar. Bu proqram 2022-ci ilin fevral ayında başlamış və Böyük Britaniyaya gələn 181 000 ukraynalını dəstəkləmişdi.

Gülşən Şərif


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR