• Bakı 15° C

    6.78 m/s

  • USD - 1.7

    EUR - 1.8666

    RUB - 2.0737

Otel işçiləri 1 milyon dollar mənimsədi

DÜNYA

25 Sentyabr 2026 | 14:34 | Müəllif: Əli Hüseynov

Otel işçiləri 1 milyon dollar mənimsədi

İstanbulun Fateh rayonunda beşulduzlu otelin 8 işçisinin iki il ərzində təxminən 1 milyon dollar mənimsədiyi üzə çıxıb.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə Türkiyə mediası məlumat yayıb.

İşçilərin müştərilərdən alınan nağd ödənişləri, restoran gəlirlərini və rezervasiya pullarını mənimsədiyi müəyyənləşib. Baş menecer və mühasibat menecerinin oğurlanan pullarla başqa bir oteli idarə etdiyi bildirilib.

Əməliyyat zamanı 5 nəfər həbs edilib, 3 nəfər ev dustaqlığına buraxılıb.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

20 Noyabr 2026