• Bakı 22° C

    6.67 m/s

  • USD - 1.7

    EUR - 1.9353

    RUB - 2.0073

ABŞ Azərbaycanla BU SAHƏDƏ diqqəti artıracaq

SİYASƏT

25 Sentyabr 2026 | 13:54 | Müəllif: Əli Hüseynov

ABŞ Azərbaycanla BU SAHƏDƏ diqqəti artıracaq

ABŞ Azərbaycanla əməkdaşlıqda müdafiə və təhlükəsizlik sahəsində əlaqələrə diqqəti yönəldəcək.

Bakıvaxtı.az xəbər verir ki, bunu ABŞ-ın Azərbaycandakı müvəqqəti işlər vəkili Emi Karlon II Azərbaycan Beynəlxalq İnvestisiya Forumu çərçivəsində “Orta Dəhliz: Ticarət, sənaye və əlaqə potensialının açılması” adlı panel müzakirədə deyib.

    O bildirib ki, ABŞ və Azərbaycan arasında müzakirə olunan əsas məsələlər fevral ayında imzalanmış tərəfdaşlıq sazişində öz əksini tapıb: “Artıq mühüm irəliləyiş əldə etmişik. Bundan sonra da bağlantılılıq, iqtisadi investisiyalar, süni intellekt üzrə məlumat mərkəzlərinin və digər innovasiya komponentlərinin yaradılması, eləcə də müdafiə və təhlükəsizlik sahəsində əlaqələrə diqqət yetirəcəyik. Bu istiqamətlər üzrə əməkdaşlığın davam etdirilməsi insanlar və bizneslər arasında əlaqələri daha da gücləndirəcək”.


    Batıgöz reklamMedia İnkişaf

    SON XƏBƏRLƏR