Rusiya Prezidenti Vladimir Putin Andrey Kelini ölkənin Böyük Britaniyadakı səfiri vəzifəsindən azad edib.
Bakıvaxtı.az xəbər verir ki, bu barədə Rusiya KİV yazıb.
Kelin iyul ayında yeddi ildən çox davam edən diplomatik fəaliyyətinin ardından Londondan ayrılıb.
Rusiya Xarici İşlər Nazirliyi səfirin vəzifədən getməsini planlaşdırılan diplomatik müddətin başa çatması ilə əlaqələndirib.
Nazirlik yeni səfirin təyinatının yaxın vaxtlarda açıqlanacağını bildirib.
Murad İsmayıl
















