Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionunda rəhbər dəyişikliyi baş verib.
Bakıvaxtı.az-ın məlumatına görə, stadionun direktor vəzifəsinə Nadir Quliyev gətirilib.
Qeyd edək ki, Nadir Quliyev əvvəllər də stadionun direktor vəzifəsində çalışıb.
O, 2024-cü ildə öz ərizəsi ilə işdən çıxmışdı.
Hazırda stadionun direktoru vəzifəsində çalışan Şahin İmranov isə postu öz ərizəsi əsasında tərk edib
















