• Bakı 20° C

    6.91 m/s

  • USD - 1.7

    EUR - 1.9353

    RUB - 2.0073

Məmmədlidə DƏHŞƏT: Maşın su kanalına düşdü...

CƏMİYYƏT

25 Sentyabr 2026 | 10:20 | Müəllif: Əli Hüseynov

Məmmədlidə DƏHŞƏT: Maşın su kanalına düşdü...

Abşeron rayonunun Məmmədli kəndində avtomobilin su kanalına düşməsi ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Bakıvaxtı.az xəbər verir ki, hadisə bu gün saat 05:30 radələrində kəndin Sabunçu rayonuna düşən ərazisində, Məmmədli dairəsi istiqamətində qeydə alınıb.

Məlumata görə, 2000-ci il təvəllüdlü Bakı şəhər sakini Sədulla Elşad oğlu Nəsirov idarə etdiyi “Toyota Corolla” markalı, 77-UF-895 dövlət qeydiyyat nişanlı avtomobildə idarəetməni itirib. Nəticədə avtomobil yoldan çıxaraq su kanalına aşıb.

Hadisə barədə Fövqəladə Hallar Nazirliyinə məlumat daxil olduqdan sonra Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq qüvvələri əraziyə cəlb olunub.

FHN-dən bildirilib ki, suda avtomobilə baxış keçirilərkən nəqliyyat vasitəsinin daxilində insan aşkar edilməyib. Avtomobil sudan çıxarılıb.

Hadisə nəticəsində sürücünün yüngül xəsarət aldığı bildirilir.

Faktla bağlı araşdırma aparılır.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

24 Sentyabr 2026