• Bakı 20° C

    6.91 m/s

  • USD - 1.7

    EUR - 1.9353

    RUB - 2.0073

Azərbaycanda kartların sayı ARTDI

İQTİSADİYYAT

25 Sentyabr 2026 | 10:52 | Müəllif: Əli Hüseynov

Azərbaycanda kartların sayı ARTDI

Bu ilin avqust ayından Azərbaycanda "Card to card" əməliyyatlarına limit qoyulması fonunda ölkədə ödəniş kartlarının sayı yenidən artmağa başlayıb.

Bakıvaxtı.az bu barədə Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir.

Məlumata görə, avqustun sonuna Azərbaycanda 22 milyon 974 min ədəd ödəniş kartı olub. Bu, iyulun sonu ilə müqayisədə 189 min ədəd və yaxud 0,8 % çoxdur. Halbuki, iyulda ödəniş kartlarının sayı iyuna nisbətən 29 min ədəd və yaxud 0,05 % azalaraq 22 milyon 785 min ədədə düşmüşdü.

Maraqlıdır ki, ötən ay ölkədə nağdsız əməliyyatlarının ümumi məbləği də əvvəlki aya nisbətən azalma nümayiş etdirib. Belə ki avqustda kartlar vasitəsilə həyata keçirilən ölkədaxili nağdsız ödənişlərin ümumi məbləği 8 milyard 888 milyon manat təşkil edib. Bu isə iyul ayı ilə müqayisədə 824 milyon manat və yaxud 8,5 % azdır. İyulda isə nağdsız əməliyyatlarının ümumi məbləği iyuna nisbətən 190 milyon manat və yaxud 1,9 % azalaraq 9 milyard 712 milyon manata düşmüşdü.

Xatırladaq ki, gələn aydan ölkədə əməkhaqqı, pensiya və digər sosial müavinətlər üçün nəzərdə tutulmuş ödəniş kartları, sahibkarlıq hesabına bağlı ödəniş kartları, habelə depozit hesablarına bağlı ödəniş kartları istisna olmaqla, hər bir bankda bir məhsul üzrə bir ödəniş kartının təqdim edilməsi nəzərdə tutulur.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

24 Sentyabr 2026