Müdafiə Nazirliyinin hərbçilərinin əməkhaqlarında yeni dəyişikliklər gözlənilir.
Bakıvaxtı.az xəbər verir ki, yeni yanaşmaya əsasən, vergilər və digər məcburi ödənişlər çıxıldıqdan sonra hərbçilərin əməkhaqları orta hesabla 22,8 faiz artacaq.
Bəs bu, sadə dildə nə deməkdir?
Məsələn, hazırda bir hərbçinin bütün tutulmalardan sonra əlinə 1 500 manat maaş keçirsə, 22,8 faizlik artım tətbiq ediləcəyi halda bu məbləğ təxminən 1 842 manat olacaq.
Yəni hərbçi əvvəl 1 500 manat alırdısa, təxminən 342 manat çox alacaq.
Digər mühüm dəyişiklik maaşın necə hesablanması ilə bağlıdır.
Hazırda maaşda vəzifə maaşı əsas göstəricilərdən biridir. Yeni sistemdə isə vəzifə maaşının rütbə maaşı ilə əvəzlənməsi və rütbə maaşının ümumi hesablamada payının 70 faizə çatdırılması təklif olunur.
Məsələn, tutaq ki, hərbçinin maaşının hesablanmasında əsas məbləğ 2 000 manatdır. Yeni yanaşmada bunun 1 400 manatı rütbə maaşı kimi hesablanacaq. Qalan 600 manat isə digər ödəniş və əlavələrdən formalaşa bilər.
Burada vacib məqam odur ki, 70 faiz hərbçinin hazırkı maaşının üstünə əlavə ediləcək 70 faiz demək deyil. Söhbət maaşın hesablanma strukturunda rütbə maaşının payının 70 faizə çatdırılmasından gedir.
Pensiya məsələsində də yeni qayda təklif olunur. Sadə desək, gələcəkdə pensiyanın hesablanmasında hərbçinin fərdi hesabında toplanan pensiya kapitalı əsas götürüləcək.
Sadə desək, gələcəkdə pensiyanın hesablanmasında hərbçinin fərdi hesabında toplanan pensiya kapitalı və sabit aylıq pensiya əlavəsi əsas götürüləcək.
Elcan Musalı
















