• Bakı 22° C

    6.67 m/s

  • USD - 1.7

    EUR - 1.9353

    RUB - 2.0073

Onlar Litva-Azərbaycan oyununu idarə edəcək

İDMAN

25 Sentyabr 2026 | 13:58 | Müəllif: Əli Hüseynov

Onlar Litva-Azərbaycan oyununu idarə edəcək

UEFA Millətlər Liqasının D Divizionunda Litva və Azərbaycan milli komandaları arasında baş tutacaq görüşü idarə edəcək hakimlər briqadası müəyyənləşib.

Bakıvaxtı.az xəbər verir ki, qarşılaşmada Kiprdən olan hakimlər briqadası iş başında olacaq.

Oyunun baş hakimi Menelaos Antoniu olacaq. O, Pavlos Georgiu və Eraklis Komodromosun köməyindən yararlanacaq. Konstantinos Fellas dördüncü hakim funksiyasını yerinə yetirəcək.

VAR sisteminə Marios Çaristoforou nəzarət edəcək, ona Dimitris Solomou kömək göstərəcək.

Qeyd edək ki, Litva - Azərbaycan matçı sentyabrın 27-də Kaunas şəhərində keçiriləcək. Qarşılaşma Bakı vaxtı ilə saat 17:00-da başlayacaq.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR