Amerikalı aktyor Tom Kruz Londonda yeni filminin premyerasında Böyük Britaniya kral ailəsinin protokolundan kənara çıxan davranışı ilə diqqət çəkib.
Bakıvaxtı.az xəbər verir ki, hadisə Londondakı “Odeon Luxe” kinoteatrında “Digger” filminin premyerası zamanı baş verib.
Tədbirdə Şahzadə Uilyam və Uels şahzadəsi Keyt Middlton da iştirak edib.
“Daily Mail”in məlumatına görə, 2022-ci ildə “Top Gun: Maverick” filminin premyerasında kral cütlüyü ilə görüşən Tom Kruz onları yenidən görməkdən məmnun olduğunu nümayiş etdirib.
Aktyor ənənəvi əl sıxma və baş əymək əvəzinə Keyt Middltonu hər iki yanağından öpüb. Bu jest tədbir iştirakçılarını təəccübləndirib.
Kruz daha sonra Uilyam izdihamı salamlayarkən onun əlindən tutaraq pilləkənlərdən enməsinə kömək edib. Aktyor kral cütlüyünü filmin yaradıcı heyəti ilə tanış etdikdən sonra onları zala qədər müşayiət edib.
Murad İsmayıl


















