• Bakı 22° C

    7.55 m/s

  • USD - 1.7

    EUR - 1.9425

    RUB - 2.0166

Rəqsanə İsmayılova: “Yaşaya bilmədiyimiz ata-qız sevgisinə ağlayıram” - FOTO

ŞOU

25 Sentyabr 2026 | 01:10 | Müəllif: Subhan Mahmudov

Rəqsanə İsmayılova: “Yaşaya bilmədiyimiz ata-qız sevgisinə ağlayıram” - FOTO

Müğənni Rəqsanə İsmayılova ötən gün vəfat edən atası İsmayıl İsmayılovla bağlı sosial şəbəkədə paylaşım edib.

Bakıvaxtı.az xəbər verir ki, atasının fotosunu paylaşan sənətçi bunları yazıb:

"Mən sənin qayğına hələ uşaq ikən möhtac idim, ata. Sən isə mənə ən çox lazım olduğun vaxtlarda yox idin. Mən böyüdüm, amma içimdə həmişə sənin sevgini gözləyən o balaca qız qaldı. İndi sən yoxsan. Nə səni gözləmək olur, nə də içimdə qalanları sənə demək. Bəlkə də mən sənin üçün heç vaxt tam bir qız ola bilmədim, amma sən mənim üçün həmişə ata olaraq qalacaqsan. Mən sənin yoxluğuna deyil, heç vaxt yaşaya bilmədiyimiz ata-qız sevgisinə ağlayıram.

Allah rəhmət eləsin, ata".

Qeyd edək ki, Rəqsanə İsmayılova illər əvvəl atasını 3 yaşından etibarən görmədiyini açıqlamışdı. Müğənni buna baxmayaraq atasını heç vaxt inkar etmədiyini və onun varlığını bildiyini söyləmişdi.


Rəqsanə İsmayılova: “Yaşaya bilmədiyimiz ata-qız sevgisinə ağlayıram” - FOTO
Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

24 Sentyabr 2026