• Bakı 23° C

    3.34 m/s

  • USD - 1.7

    EUR - 1.9425

    RUB - 2.0166

Bakıda öldürülən qadının meyiti Qusarda meşədən TAPILDI - VİDEO

HADİSƏ

24 Sentyabr 2026 | 23:51 | Müəllif: Subhan Mahmudov

Bakıda öldürülən qadının meyiti Qusarda meşədən TAPILDI - VİDEO

Meşədən qadın meyiti tapılıb...1976-cı il təvəllüdlü qadının öldürüldüyü məlum olub...

Bakıvaxtı.az Xəzər TV-yə istinadən bildirir ki, istintaqla müəyyən edilib ki, hadisə sentyabrın 21-də Bakı şəhərinin Xətai rayonunda baş verib. Əvəcuğ kənd sakini, 27 yaşlı, əvvəllər məhkum olunmuş Kamran Xəzər oğlu Seyidov qeyri-rəsmi nikah münasibətində olduğu Səadət Həsənovanı qısqanclıq zəminində bıçaqlayaraq öldürüb.

Daha sonra Kamran Seyidov qadının meyitini idarə etdiyi "Mercedes" markalı, 77-NY-316 dövlət qeydiyyat nişanlı avtomobillə kəndin meşəlik ərazisinə aparıb. Kamran Seyidov saxlanılıb.

Faktla bağlı rayon prokurorluğu tərəfindən araşdırma aparılır.

Daha ətraflı videomaterialı təqdim edirik.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

24 Sentyabr 2026