• Bakı 24° C

    4.68 m/s

  • USD - 1.7

    EUR - 1.9425

    RUB - 2.0166

Sərbəst buraxılan Nigar Fərhaddan 8 500 manat tələb edir: "Hələ də..." - VİDEO

CƏMİYYƏT

24 Sentyabr 2026 | 21:50 | Müəllif: Günəş Mərd

Sərbəst buraxılan Nigar Fərhaddan 8 500 manat tələb edir: "Hələ də..." - VİDEO

Akif İbrahimov “AİD Group” xaricdə təhsil şirkətindən şikayət edərək oğlu Rəvan və bacısı oğlu Əbdülhəmid Xəlilovdan alınan məbləğin geri qaytarılmasını tələb edir. 

Məsələ ilə bağlı Bakıvaxtı.az-a danışan valideyn xaricdə təhsil məsələləri ilə bağlı müraciət etdiyi “AİD Group”un müqavilə üzrə üzərinə götürdüyü öhdəlikləri yerinə yetirmədiyini və ödədiyi vəsaiti geri qaytarmadığını iddia edir.

Valideynin sözlərinə görə, oğlu Rəvan və bacısı oğlu Əbdülhəmid Xəlilov ötən ilin oktyabr ayında xaricdə təhsillə bağlı sözügedən şirkəti ilə müqavilə bağlayıb və ümumilikdə 8 500 manat ödəniş ediblər. Lakin iddiaya görə, şirkət müqavilədə nəzərdə tutulan işləri görməyib və üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməyib.

Onun sözlərinə görə, magistratura təhsili ilə bağlı proses zamanı şirkətin fəaliyyəti ilə bağlı problemlər üzə çıxıb. Valideyn hazırda şirkətin əməkdaşlarının onunla əlaqə saxlamadığını və ödənilən vəsaitin geri qaytarılmadığını bildirir.

Akif İbrahimov bəzi şəxslərin şirkətin borclarını qaytardığı barədə mediada yayılan məlumatların həqiqəti əks etdirmədiyini iddia edib. Ətraflı videoda: 

Məlumat üçün qeyd edək ki, çoxsaylı şikayətlər əsasında saxlanılan “AİD Group” xaricdə təhsil şirkətinin təsisçisi Nigar Fərhad bir müddət öncə sərbəst buraxılıb. İstintaq orqanı hələlik onun barəsində həbs qətimkan tədbirinin seçilməsini tələb etməyib. Nigar Fərhad hazırda istintaq nəzarəti altında sərbəstdir. Ona dəymiş ziyanın ödənilməsi tapşırılıb.

 

 


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR