• Bakı 20° C

    5.23 m/s

  • USD - 1.7

    EUR - 1.9353

    RUB - 2.0073

Ceyhun Bayramov alban həmkarı ilə görüşüb

SİYASƏT

24 Sentyabr 2026 | 17:48 | Müəllif: Əli Hüseynov

Ceyhun Bayramov alban həmkarı ilə görüşüb

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov BMT Baş Assambleyasının 81-ci sessiyasının yüksək səviyyəli həftəsi çərçivəsində Nyu-Yorkda Albaniyanın Avropa və xarici işlər naziri Ferit Hoxa ilə görüşüb.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə XİN-in “X” hesabında bildirilib.

    Görüşdə Azərbaycan–Albaniya ikitərəfli gündəliyi müzakirə olunub. Davamlı siyasi dialoqun, yüksək səviyyəli təmasların və BMT də daxil olmaqla beynəlxalq təşkilatlar çərçivəsində qarşılıqlı dəstəyin əhəmiyyəti vurğulanıb.

    Ceyhun Bayramov Azərbaycanın əsas enerji və nəqliyyat bağlantısı layihələri vasitəsilə Avropanın enerji təhlükəsizliyinə verdiyi mühüm töhfələrdən bəhs edib.

    Nazir, həmçinin qarşı tərəfi münaqişədən sonrakı regional reallıqlar, regional və beynəlxalq təhlükəsizlik məsələləri, eləcə də Ermənistanla davam edən sülh səyləri barədə məlumatlandırıb.


    Batıgöz reklamMedia İnkişaf

    SON XƏBƏRLƏR