• Bakı 25° C

    5.99 m/s

  • USD - 1.7

    EUR - 1.9425

    RUB - 2.0166

Ukraynaya əsgər göndərə bilərlər

DÜNYA

24 Sentyabr 2026 | 18:56 | Müəllif: Subhan Mahmudov

Ukraynaya əsgər göndərə bilərlər

Fransa Ukraynada atəşkəs rejimi bərqərar olduqdan sonra öz hərbi kontingentini bu ölkəyə göndərməyə hazır olduğunu bəyan edib.

Bakıvaxtı.az “Europe 1” radiostansiyasına istinadən xəbər verir ki, fransız qoşunlarının birbaşa cəbhə xəttindən uzaqda, strateji baxımdan mühüm məntəqələrdə dislokasiya olunması planlaşdırılır.

Məlumata görə, fransız hərbçilərinin əsas vəzifəsi ukraynalı əsgərləri təlimatlandırmaq, onları təchiz etmək və ən əsası Ukrayna ordusunu bərpa etmək olacaq. Radiostansiya bildirir ki, qoşunların göndərilməsi “istəklilər koalisiyası” çərçivəsində həyata keçirilə bilər. Digər Avropa dövlətlərinin də Fransanın bu addımını izləyə biləcəyi vurğulanır, lakin onların neçə nəfərlik hərbi qüvvə ayırmağa hazır olduğu hələlik dəqiqləşdirilməyib.

Xatırladaq ki, avqust ayında “istəklilər koalisiyası”na daxil olan dövlətlər Ukraynada keçirilən görüşün yekunlarına əsasən, münaqişə başa çatdıqdan sonra ölkədə çoxmillətli sülhməramlı qüvvələrin yerləşdirilməsinə hazır olduqlarını təsdiqləmişdilər.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR