• Bakı 21° C

    6.8 m/s

  • USD - 1.7

    EUR - 1.9353

    RUB - 2.0073

Biləsuvarda əməliyyat

CƏMİYYƏT

24 Sentyabr 2026 | 14:04 | Müəllif: Əli Hüseynov

Biləsuvarda əməliyyat

Biləsuvar Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən narkotiklərin qanunsuz dövriyyəsinə qarşı ardıcıl tədbirlər keçirilib.

Bakıvaxtı.az xəbər verir ki, saxlanılan M.Abdullayevdən 10 kiloqramdan artıq narkotik vasitə və 118 ədəd narkotik tərkibli həblər aşkarlanıb.

Şöbə əməkdaşlarının həyata keçirdiyi digər tədbirlərlə isə narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən F.Pirməmmədov saxlanılıb. Həmin şəxsdən 7 kiloqrama yaxın narkotik vasitə aşkarlanıb. Faktlarla bağlı cinayət işi başlanılıb, saxlanılan şəxslər barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib. Araşdırmalar davam etdirilir.

Qeyd edək ki, son 10 gün ərzində Biləsuvar rayonunda polis əməkdaşları tərəfindən keçirilən əməliyyatlarla ümumilikdə 34 kiloqrama yaxın narkotik vasitə qanunsuz dövriyyədən çıxarılıb.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR