Texnoloji geriləmə və daxili fikir ayrılıqları Avropa Birliyinin qlobal səhnədəki mövqeyini zəiflədib.
Bakıvaxtı.az "Bloomberg"ə istinadən xəbər verir ki, Aİ-nin beynəlxalq proseslərə təsir etmək qabiliyyəti bir neçə amillə məhdudlaşır.
Amerika silah və texnologiyasından asılılıq, özünün əsas yüksək texnologiyalı oyunçularının olmaması və blokun öz daxilində fikir ayrılıqları Aİ-nin mövqeyinə mənfi təsir göstərir. Aİ-nin səsi Yaxın Şərq məsələləri ilə bağlı eşidilmir və Aİ Ukrayna ilə Rusiya arasında danışıqlara dəvət olunmur.
Nəşr qeyd edir ki, 2020-ci ildən bəri Aİ-nin müdafiə xərclərinin artması ABŞ və Asiya ölkələri ilə texnoloji fərqin azalmasına səbəb olmayıb. Həmçinin Avropa avtomobil sənayesi də ciddi təzyiq altındadır.
Gülşən Şərif
















