• Bakı 25° C

    3.01 m/s

  • USD - 1.7

    EUR - 1.9425

    RUB - 2.0166

Polşada “Starlink” stansiyasında yanğın

CƏMİYYƏT

24 Sentyabr 2026 | 14:16 | Müəllif: Əli Hüseynov

Polşada “Starlink” stansiyasında yanğın

Dünən axşam Polşanın mərkəzində yerləşən “Starlink” peyk rabitəsi yerüstü stansiyasında yanğın baş verib.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə Polşanın baş nazirinin müavini Kşiştof Qavkovski deyib.

“Yanğın elektrik stansiyasını və generatoru əhatə edib. Görünür, bu təxribat stansiyanın sıradan çıxarılması məqsədilə planlı şəkildə həyata keçirilib. Bu isə internet bağlantısının kəsilməsinə və müxtəlif qurumların, o cümlədən Ukrayna qüvvələrinin internetə çıxışının pozulmasına səbəb ola bilərdi. Hazırda hər şey normal işləsə də, Baş nazir Tuskun bu yaxınlarda qeyd etdiyi kimi, bu hibrid müharibənin bir elementidir”, - o bildirib.

Qavkovski əlavə edib ki, Rusiyanın yanğına görə məsuliyyəti müəyyən edilməsə də, bir çox əlamət bunun Rusiyanın yeni hücum doktrinasına uyğun olduğunu göstərir.

Qeyd edək ki, sözügedən stansiya regionda, o cümlədən Ukraynada rabitəni təmin edir.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR