• Bakı 25° C

    3.01 m/s

  • USD - 1.7

    EUR - 1.9425

    RUB - 2.0166

Qusarda meşədə qətlə yetirilən qadınla bağlı saxlanılan var

HADİSƏ

24 Sentyabr 2026 | 14:54 | Müəllif: Əli Hüseynov

Qusarda meşədə qətlə yetirilən qadınla bağlı saxlanılan var

Qusar rayonunda meşədə meyit tapılıb.

Bakıvaxtı.az xəbər verir ki, hadisə sentyabrın 23-də saat 15 radələrində Əvəcuğ-Xürəl kəndinin meşəlik ərazisində baş verib. Orada Bakı şəhər sakini 1976-cı il təvəllüdlü Səadət Həsənovanın bıçaqla kəsilmiş-deşilmiş xəsarətləri olan meyiti aşkarlanıb.

    Araşdırmalarla müəyyən edilib ki, sentyabrın 21-i Bakı şəhəri Xətai rayonunun ərazisində Əvəcuğ kənd sakini, əvvəllər məhkum olunmuş 1999-cu il təvəllüdlü Kamran Seyidov qısqanclıq zəminində tanışı S.Həsənovanı bıçaqla öldürüb. Daha sonra meyitini idarə etdiyi “Mercedes” markalı avtomobillə kəndin meşəlik ərazisinə gətirib.

    K.Seyidov polis əməkdaşları tərəfindən tutulub.

    Araşdırma aparılır.


    Batıgöz reklamMedia İnkişaf

    SON XƏBƏRLƏR