• Bakı 29° C

    3.35 m/s

  • USD - 1.7

    EUR - 1.9425

    RUB - 2.0166

ABŞ və Çin bu müqavilənin müddətini uzatdı

DÜNYA

24 Sentyabr 2026 | 10:14 | Müəllif: Günəş Mərd

ABŞ və Çin bu müqavilənin müddətini uzatdı

ABŞ və Çin Busan ticarət sazişinin müddətinin 10 yanvara qədər uzadılması barədə razılığa gəliblər.

Bakıvaxtı.az xəbər verir ki, bunu ABŞ Maliyyə naziri Skott Bessent "Fox News" telekanalına açıqlamasında bildirib.

“İqtisadi cəbhədə nə edə biləcəyimizi görmək üçün daha çox vaxtımız olsun deyə, Busan Sazişi adlandırdığımız şeyi 10 yanvar tarixinə qədər uzatmaq barədə razılığa gəldik”, – deyə Bessent bildirib.

Qeyd edək ki, ABŞ Prezidenti Donald Tramp və Çin Prezidenti Si Cinpin oktyabrın 30-da Cənubi Koreyanın Busan şəhərində görüşüblər. APEC sammiti çərçivəsində keçirilən danışıqlardan sonra tərəflər bir illik ticarət razılaşmasına nail olublar.

Razılaşmaya əsasən, ABŞ Çin mallarına tətbiq etdiyi tarifləri 57 faizdən 47 faizə, fentanil üzrə tarifləri isə 20 faizdən 10 faizə endirib. Çin isə ABŞ-dən kənd təsərrüfatı məhsullarının alınmasını davam etdirməyə və nadir torpaq metallarının tədarükünü təmin etməyə razılaşıb.

Murad İsmayıl 

 


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

23 Sentyabr 2026