• Bakı 12° C

    3.29 m/s

  • USD - 1.7

    EUR - 1.8666

    RUB - 2.0737

"Haber Global" 8 yaşında!

MEDİA

24 Sentyabr 2026 | 09:34 | Müəllif: Əli Hüseynov

"Haber Global" 8 yaşında!

Türkiyə teleməkanında qısa müddətdə böyük uğur qazanan "Haber Global" xəbər telekanalı bu gün 8 yaşını qeyd edir.

Bakıvaxtı.az xəbər verir ki, 2018-ci il sentyabrın 24-də yayıma başlayan "Haber Global" xəbər telekanalı fəaliyyətə başladığı ilk gündən etibarən Azərbaycana aid bütün mühüm mövzuları daim diqqət mərkəzində saxlayır, müntəzəm olaraq ölkəmizlə bağlı həqiqətləri öz auditoriyasına çatdırır.

Bununla yanaşı, yayımlanan verilişlər tamaşaçıların marağına səbəb olub, telekanal auditoriyasını Türkiyə və Azərbaycanda daha da genişləndirib. Fəaliyyəti dövründə televiziyanın istehsalı olan bir sıra layihələr müxtəlif yerli və beynəlxalq festivallarda uğur qazanıb.

Xüsusilə Vətən müharibəsində Azərbaycana tam dəstək verən telekanal Türkiyə ilə yanaşı, Azərbaycan tamaşaçılarının da rəğbətini qazanıb.

"Report" İnformasiya Agentliyinin kollektivi olaraq "Haber Global" telekanalını fəaliyyətə başlamasının yeddi illiyi münasibəti ilə təbrik edir, həmkarlarımıza uğurlar arzulayırıq!


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

22 Noyabr 2026