Naməlum dron Berlin-Brandenburq hava limanının fəaliyyətini iflic edib. Bəzi reyslər ləğv edilib.
Bakıvaxtı.az xəbər verir ki, bu barədə “Bild” nəşri məlumat yayıb.
Bildirilib ki, dron aeroportun şimal uçuş-eniş zolağında görünüb. Hava limanında minimum 45 dəqiqə bütün sistemin fəaliyyəti dayandırılıb. Bir neçə reys Drezden və Leypsiqə yönləndirilib.
Bəzi şahidlər ərazidə üç dron gördüklərini iddia ediblər.
















