• Bakı 25° C

    3.01 m/s

  • USD - 1.7

    EUR - 1.9425

    RUB - 2.0166

Mertsin partiyasının ofisinə HÜCUM EDİLDİ

DÜNYA

24 Sentyabr 2026 | 15:23 | Müəllif: Günəş Mərd

Mertsin partiyasının ofisinə HÜCUM EDİLDİ

Almaniyanın Hessen əyalətinin Offenbax am Main şəhərində Xristian Demokrat İttifaqının (CDU) ofisinə hücum olub.

Bakıvaxtı.az xəbər verir ki, "Focus"un məlumatına görə, naməlum şəxslər CDU-nun rayon ofisinin və Bundestaq deputatı Byörn Simonun ofisinin yerləşdiyi binaya daş atıblar. Nəticədə altı böyük şüşə panel sındırılıb. İlkin hesablamalara görə, zərərin məbləği təxminən 6 min avro təşkil edir.

Hücum zamanı ofis boş olduğundan xəsarət alan olmayıb.

Məlumata görə, solçu ekstremistlər hücuma görə məsuliyyəti öz üzərinə götürüblər. Indymedia saytında yayımlanan paylaşımda Almaniya kansleri Fridrix Mertsin partiyasına qarşı hücumun səbəblərinin olduğu bildirilib.

Hessen Daxili İşlər Nazirliyinin məlumatına görə, təhlükəsizlik orqanları hücuma görə məsuliyyəti öz üzərinə götürdüyü iddia edilən məktub da alıb. Məktub araşdırmaya daxil edilib.

Adı açıqlanmayan hüquq-mühafizə orqanının əməkdaşı bildirib ki, hadisənin siyasi motivli olması istisna edilmir.

Murad İsmayıl


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR