Sentyabrın 25-də Bakının bəzi ərazilərində qaz olmayacaq.
Bakıvaxtı.az xəbər verir ki, bu barədə "Azəriqaz" İstehsalat Birliyi məlumat yayıb.
Bildirilib ki, təmir-quraşdırma işləri ilə əlaqədar saat 09:00-dan işlər başa çatanadək Sabunçu rayonunun Maştağa qəsəbəsində, Xəzər rayonunun Buzovna qəsəbəsinin bir hissəsində və Binə Atçılıq yaşayış massivində qaz təchizatında qısamüddətli fasilə yaranacaq.
















