• Bakı 23° C

    3.34 m/s

  • USD - 1.7

    EUR - 1.9425

    RUB - 2.0166

"TRIPP Hörmüz boğazına alternativ ola bilər" - Uitkoff

DÜNYA

24 Sentyabr 2026 | 22:55 | Müəllif: Subhan Mahmudov

"TRIPP Hörmüz boğazına alternativ ola bilər" - Uitkoff

TRIPP (Tramp marşrutu) layihəsi Hörmüz boğazı da daxil olmaqla, əsas nəqliyyat qovşaqlarının həssaslığı fonunda beynəlxalq ticarət üçün alternativ marşrut təmin edə bilər.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə Trampın xüsusi nümayəndəsi Stiv Uitkoff TRIPP-ə həsr olunmuş tədbirdə çıxışı zamanı bildirib.

O cümlədən qeyd edib ki, layihənin reallaşdırılması ticarət marşrutlarını bir neçə həftə qısaltmağa, dünyanın müxtəlif regionlarını bir-biri ilə bağlamağa və qlobal ticarət sistemindəki mövcud "boğazları" yan keçməyə imkan verəcək.

"Hörmüz boğazı kimi dar keçidlər olduqda, malların daşınması üçün alternativ marşrutlara sahib olmaq xüsusilə vacibdir", — deyə Uitkoff vurğulayıb.

O, habelə TRIPP-in böyük həcmdə investisiyalar cəlb etmək iqtidarında olduğunu bəyan edib.

Uitkoffun sözlərinə görə, layihə Ermənistana təqdim edilərkən, orada layihənin ölkənin gələcəyinə potensial təsiri yüksək qiymətləndirilib.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

24 Sentyabr 2026