Münaqişələrin hökm sürdüyü Yəməndə son zamanlar 134 min insan evindən didərgin düşüb.
Bakıvaxtı.az "Euronews"a istinadən xəbər verir ki, bunu Birləşmiş Millətlər Təşkilatının Beynəlxalq Miqrasiya Təşkilatının (BMQT) sözçüsü Kennedi Okoth Omondi deyib.
O, bildirib ki, məcburi köçkünlərin ən çox cəmləşdiyi bölgə Taizdir. Taizdə təxminən 75 000 məcburi köçkün yaşayır.
"Taizdə qeydə alınan bu rəqəm köçkünlərin 56 faizini təşkil edir. Bundan başqa, münaqişəli Yəməndən Cibutiyə gələn 3700-dən çox qaçqın müəyyən edilib", - deyə Omoni vurğulayıb.
Qeyd edək ki, Cibuti əhalisi cəmi 1,2 milyon olan çox kiçik bir ölkədir. Cibuti artıq 36 000 qaçqını qəbul edib ki, onlardan 4000-i yəmənlidir.
Gülşən Şərif
















