• Bakı 21° C

    2.79 m/s

  • USD - 1.7

    EUR - 1.9329

    RUB - 2

Tanınmış aktyordan XƏBƏR VAR

ŞOU

25 Sentyabr 2026 | 08:53 | Müəllif: Əli Hüseynov

Tanınmış aktyordan XƏBƏR VAR

Azərbaycan Dövlət Milli Gənc Tamaşaçılar Teatrının aktyoru Rəşad Səfərov xəstəxanadan evə buraxılıb.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə o, öz sosial hesabında məlumat yayıb.

"Əziz dostlar, bildiyiniz kimi, son günlər səhhətimlə bağlı narahatlığım oldu, xəstəxanaya yerləşdirildim. Mediаda kifayət qədər bu barədə məlumat yayıldığından təfərrüata ehtiyac görmürəm. Hazırda evdəyəm, özümü yaxşı hiss edirəm, müalicəmi ev şəraitində davam etdirirəm.

Xəstəxanada olduğum müddətdə mənim üçün narahat olan doğmalarıma, yaxınlarıma, çalışdığım Milli Gənc Tamaşaçılar Teatrının kollektivinə, səhhətimlə ilk gündən xüsusi qayğı ilə maraqlanan teatrımızın direktoru Naidə İsmayılzadəyə və məni sevən tamaşaçılarıma təşəkkürümü bildirirəm.

Eləcə də, müalicə olunduğum hospitalın həkimlərinə, tibb personalına və hörmətli media işçilərinə, jurnalist dostlarıma minnətdaram. Diqqətiniz üçün hər birinizə sonsuz təşəkkürlər!", - deyə R.Səfərov yazıb.

Xatırladaq ki, Rəşad Səfərov şəkərinin qəfil yüksəlməsi səbəbindənsentyabrın 22-də xəstəxanaya çatdırılmışdı.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

25 Sentyabr 2026