• Bakı 21° C

    2.79 m/s

  • USD - 1.7

    EUR - 1.9329

    RUB - 2

Baş diplomat TRİPP-dən DANIŞDI

SİYASƏT

25 Sentyabr 2026 | 08:59 | Müəllif: Əli Hüseynov

Baş diplomat TRİPP-dən DANIŞDI

Xarici işlər naziri Ceyhun Bayramov BMT Baş Assambleyasının 81-ci sessiyası çərçivəsində Dənizə çıxışı olmayan inkişaf etməkdə olan ölkələrin (LLDC) xarici işlər nazirlərinin 25-ci illik iclasında çıxış edib.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə XİN-in “X” hesabında bildirilib.

    Nazir vurğulayıb ki, uzunmüddətli strateji investisiyalar və davamlı regional tərəfdaşlıqlar sayəsində Azərbaycan dənizə çıxışının olmamasından irəli gələn coğrafi mövqeyini Şərq-Qərb və Şimal-Cənub dəhlizlərini birləşdirən mühüm logistika, tranzit və enerji qovşağına uğurla çevirib.

    Nazir tranzitin rəqəmsallaşdırılmasının, gömrük prosedurlarının sadələşdirilməsinin, eləcə də Mərkəzi Asiya–Azərbaycan Yaşıl Enerji Dəhlizi kimi inteqrasiya olunmuş enerji-rəqəmsal əlaqələrin inkişaf etdirilməsinin vacibliyini qeyd edib.

    O bildirib ki, nəqliyyat, enerji və rəqəmsal infrastrukturun birləşdirilməsi daha dayanıqlı qlobal ticarət arxitekturasının formalaşmasına imkan verir.

    Sülhün dayanıqlı bağlantıların yaradılması üçün zəruri şərt olduğunu vurğulayan Ceyhun Bayramov 8 avqust 2025-ci ildə Vaşinqtonda Azərbaycan və Ermənistan arasında əldə olunmuş razılaşmaları, eləcə də regional və qlobal tranzit şəbəkələrini genişləndirəcək TRIPP təşəbbüsünü nümunə göstərib.


    Batıgöz reklamMedia İnkişaf

    SON XƏBƏRLƏR

    25 Sentyabr 2026