• Bakı 23° C

    4.49 m/s

  • USD - 1.7

    EUR - 1.9512

    RUB - 2.0323

Azərbaycanda tanınmış idmançı HƏBS EDİLDİ - FOTO

HADİSƏ

23 Sentyabr 2026 | 10:51 | Müəllif: Əli Hüseynov

Azərbaycanda tanınmış idmançı HƏBS EDİLDİ - FOTO

Naxçıvanda tanınmış atlet dələduzluqda təqsirli bilinərək həbs edilib.

Bakıvaxtı.az "Report"a istinadən xəbər verir ki, keçirilən tədbirlərlə bir neçə şəxsə onların övladlarının müxtəlif idman normativlərindən uğurla keçməsinə köməklik göstərə biləcəyini vəd edərək aldadan Əmrah Nağıyev polis əməkdaşları tərəfindən saxlanılıb.

Araşdırmalarla onun müxtəlif vətəndaşları eyni üsulla aldadaraq onlardan ümumilikdə 10 min manata yaxın pul vəsaiti aldığı müəyyən edilib.

Faktla bağlı Naxçıvan MR Daxili İşlər Nazirliyinin İstintaq və Təhqiqat İdarəsində cinayət işi başlanılıb, təqsirləndirilən şəxs barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib .

Qeyd edək ki, Əmrah Nağıyev bır sıra yerli və beynəlxalq yarışlarda Azərbaycanı təmsil edib.


Azərbaycanda tanınmış idmançı HƏBS EDİLDİ - FOTO
Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

22 Sentyabr 2026