• Bakı 24° C

    4.65 m/s

  • USD - 1.7

    EUR - 1.9512

    RUB - 2.0323

"Valensiya"nın yeni baş məşqçisi bəlli oldu

İDMAN

23 Sentyabr 2026 | 15:03 | Müəllif: Əli Hüseynov

"Valensiya"nın yeni baş məşqçisi bəlli oldu

Meksikalı mütəxəssis Xavyer Aqirre İspaniyanın "Valensiya" futbol klubunun baş məşqçisi təyin olunub.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə "Valensiya"nın mətbuat xidməti məlumat yayıb.

Tərəflər arasında imzalanan müqavilənin müddəti daha bir il uzadılmaq şərti ilə hazırkı mövsümün sonuna qədər nəzərdə tutulub.

Xatırladaq ki, sentyabrın 13-də "Valensiya" sabiq baş məşqçisi Karlos Korberanın istefaya göndərildiyini elan etmişdi. La Liqada yeddi turdan sonra komanda cəmi 4 xal toplayaraq turnir cədvəlində 19-cu pillədə qərarlaşıb. 67 yaşlı Aqirre bundan əvvəl Meksika yığmasına rəhbərlik edib və 2026-cı il dünya çempionatından (DÇ-2026) sonra həmin vəzifədən ayrılıb. Təcrübəli məşqçi karyerası ərzində İspaniyanın "Malyorka", "Leqanes", "Espanyol", "Saraqosa", "Atletiko Madrid" və "Osasuna", həmçinin ölkəsinin "Atlante", "Paçuka" və "Monterrey", Birləşmiş Ərəb Əmirliklərinin "Əl-Vəhdə" klublarını, eləcə də Misir və Yaponiya milli komandalarını çalışdırıb.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR